SON XƏBƏR: Taliban Kabildə qadınların nümayişi zamanı gözyaşardıcı qazdan istifadə edib

0

Aksiya iştirakçıları qanuni hüquqlarının təmin olunmasını tələb ediblər.

Əfqanıstanda (Rusiyada qadağan olunmuş) hakimiyyətə gələn radikal Taliban hərəkatının tərəfdarları 16 yanvar, bazar günü ölkənin paytaxtı Kabildə təşkil olunan etiraz aksiyasının iştirakçılarına qarşı, gözyaşardıcı qazdan istifadə ediblər.

İctimairey.az xəbər verir ki, bu barədə Əfqanıstanın Aamaj News agentliyi məlumat yayıb.

Məlumata görə, “bir qrup əfqan qadın Talibanın tətbiq etdiyi məhdudiyyətlərə etiraz etmək üçün, Kabil küçələrinə çıxıb”. Nümayişçilər qanuni hüquqlarının təmin olunmasını tələb ediblər. Agentlik qeyd edir ki, nümayişi dağıtmaq üçün, Taliban gözyaşardıcı qazdan istifadə edib.

Qeyd edək ki, Taliban hakimiyyətə gəldikdən sonra, qadın və qızlara müxtəlif və onların fikrincə, müvəqqəti məhdudiyyətlər qoymağa başlayıb və bunu dövlətdə “uyğun İslam mühiti”nin yaradılmasının zəruriliyi ilə izah edib. Məsələn, radikallar 20 ilə yaxındır mövcud olan Qadın İşləri Nazirliyini ləğv edərək, onun əvəzinə İslami Müraciət, İrşad, Əmr-İnsan və Nəhy əz münkər nazirliyini yaratdılar. Bu, 1996-cı ildən 2001-ci ilə qədər (ölkədə Taliban hakimiyyətdə olanda) fəaliyyət göstərən, islami “əxlaq polisi” funksiyaları ilə təchiz edilmiş orqanın analoqudur.

Bundan əlavə, Taliban ölkənin əksər əyalətlərində qızların məktəblərə girişini məhdudlaşdırıb, qadın teleaparıcıları hicab taxmağa məcbur edib və yerli televiziyalara zərif cinsin nümayəndələrini əks etdirən filmləri nümayiş etdirməkdən çəkinməyi xəbərdarlıq edib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »