Qazaxıstan hökuməti Jumabay Karagaevi energetika nazirinin müavini vəzifəsindən azad edib. SƏBƏB?

İctimairey.az xəbər verir ki, bu barədə şənbə günü respublikanın baş nazirinin mətbuat xidməti məlumat yayıb.

“Qazaxıstan Respublikası Hökumətinin Fərmanı ilə Karaqayev Jumabay Qabbasoviç energetika nazirinin müavini vəzifəsindən azad edilib”, – məlumatda deyilir.

Mətbuat xidmətinin məlumatına görə, Karaqaev 1971-ci ildə Atırau vilayətində anadan olub. Bu illər ərzində o, Atırau və Manqistau vilayətlərində bir neçə özəl şirkətə rəhbərlik edib, Atırau vilayətinin administrasiyasında işləyib. O, 2019-cu ilin dekabr ayından Energetika Nazirliyində rəis müavini vəzifəsində çalışır.

Daha əvvəl qazaxıstanlı politoloq Yerbol Yedilov mənbələrə istinadən bildirmişdi ki, Karaqaev vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı aparılan ibtidai istintaq çərçivəsində yanvarın 7-də Maliyyə Monitorinqi Agentliyinin əməkdaşları tərəfindən saxlanılıb.

 

 

Comments are closed.

Tərcümə »