Paşinyan: Ermənistanda peşəkar ordu olmalıdır və oraya getdikcə daha çox qadın cəlb edilməlidir”,

Ermənistanın baş naziri Paşinyan ölkədə peşəkar ordunun yaradılmasının zəruriliyini bəyan edib

İctimairey.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan həmvətənlərinə Yeni il və Milad bayramı münasibətilə təbrik məktubunda ölkədə peşəkar ordu yaradılmasının zəruriliyini bildirib.

“Əsas vəzifə Silahlı Qüvvələrimizdə, ordumuzda islahat aparmaqdır. Ermənistanda peşəkar ordu olmalıdır və oraya getdikcə daha çox qadın cəlb edilməlidir”, – Paşinyan bildirib.

Onun sözlərinə görə, “strateji perspektivdə təxirəsalınmaz hərbi xidmət əhəmiyyətli dərəcədə dəyişməli, icbari hərbi hazırlıq və təlimlər təmin olunmalıdir ki, bu da müəyyən tezlikdə bir neçə dəfə həyata keçirilməlidir”.

“Vurğulamaq istəyirəm ki, siyasi baxımdan ordumuz qarşısına əraziləri zəbt etmək vəzifəsi qoymur, onun vəzifəsi ölkəmizin təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaqdır”, – Ermənistanın baş naziri deyib.

O əlavə edib ki, təhlükəsizliyin təmin edilməsi bu gün Ermənistanın qarşısında duran ən böyük problemdir. “Təcrübə göstərir ki, təhlükəsizliyin təmin edilməsinin ən etibarlı yolu sülhdür”, – Paşinyan bildirib.

Comments are closed.

Tərcümə »