Daxili işlər orqanlarında yeni təyinat olub.
İctimairey.Az unikal.org-a istinadən bildirir ki, bununla bağlı daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Ələkbərov Samir Şahin oğlu Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi təyin edilib.
Qeyd edək ki, S. Ələkbərov bundan əvvəl həmin idarənin Təhqiqat Şöbəsinin təhqiqatçısı vəzifəsində çalışıb.