Son 160 gündə Misirin əhalisi 750 000 nəfər artıb, Ahram onlayn xəbər verir.
İctimairey.az xəbər verir ki, İctimai Səfərbərlik və Statistika üzrə Mərkəzi Agentliyin 2021-ci il dekabrın 13-nə olan məlumatına görə, Misirdə 102 milyon 750 min nəfər yaşayır. 5 iyul 2021-ci il tarixinə Misirin əhalisi 102 milyon nəfər olub. İyulun 5-dən sonrakı 50 gün ərzində 250.000 insan doğulub. Ən çox məskunlaşan üç əyalət Qahirə (10,1 milyon), Giza (9,3 milyon) və Şərqiyədir (7,7 milyon).
Bundan əvvəl, 2021-ci ilin fevralında Misir prezidenti Əbdülfəttah əs-Sisi demişdi ki, – “görünməmiş əhali artımı Misirin ən böyük problemidir”. Onun sözlərinə görə, normal iqtisadi inkişaf üçün, əhalinin illik təbii artımını 400 min nəfərə qədər azaltmaq lazımdır.