BakıKART”da balansı onlayn artırmaq qaydaları

0

Bakıda metro və avtobus kimi ictimai nəqliyyatda vahid ödəniş kartı olan “BakıKART” artıq ölkədə onlayn olaraq da ödəniş etmək mümkündür.

BakıKART — Bakı metropolitenində və “BakuBus” və “Xaliq Faiqoğlu” avtobuslarında tətbiq olunan ödəniş kartı ilk dəfə 8 avqust 2015-ci ildə tətbiq olunmağa başlayıb. 30 sentyabr 2015-ci ilə qədər əvvəlki ödəmə kartı olan Metrokart ilə paralel istifadə edilmişdir. 1 avqust 2017-ci ildə dizaynında dəyişikliklər aparılmışdır.

Kart
Bakıda sərnişindaşıma sahəsində nəzarəti və tənzimləməni həyata keçirən Bakı Nəqliyyat Agentliyi açıqlama verərək bildirmişdi ki, mövcud avtobus parkının 70%-dən çoxu “BakıKART” sisteminə inteqrasiya edilib.

İlkin mərhələdə internet portalı üzərindən ödəmə sistemini sərnişinlərin istifadəsinə təqdim edilib. Bunun üçün online.bakikart.az portalına daxil olub e-mail və yaxud telefon nömrəsi ilə qeydiyyatdan keçib şəxsi kabinet yaratmaq lazımdır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »