Çaylı kənd sakini Hüseynov Mübariz Nəriman oğluna məxsus ümumi sahəsi təxminən 90 kvadratmetrlik talvarın dam örtüyü, taxta atmaları və altına yığılan 250-yə yaxın yonca bağlaması yanaraq külə dönüb.
İctimairey.az-a FHN-in Mətbuat Xidmətindən daxil olan məlumata görə, yanğın öpretiv olaraq, Biləsuvar rayon Dövət Yanğından Mühafizə Xidmətinin bölmələri tərəfindən söndürülüb, ətrafdakı yaşayış evlərinə və yardımçı tikililərə zərər dəyməyib.
Ev sahibi yanğının qəsdən törədildiyini iddia edir.
Hadisə ilə bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.
Comments are closed.