Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Hacıqabul rayonu ərazisində “КамАЗ” və “Mercedes” markalı iki yük avtomobili toqquşub.
İctimairey.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən daxil olan məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfərin meyitini deformasiyaya uğrayan “КамАЗ” markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Qeyd edək ki, qəzadan sonra “KamAZ” aşıb, şüşə daşıyan “Mercedes” markalı avtomobilin sürücü kabinəsi isə, ciddi şəkildə deformasiyaya uğrayıb. Dünyasını dəyişən Ə.Atakişiyev həmin avtomobildə olub.
Qoşqulu yük maşını Türkiyəyə məxsus qeydiyyat nişanı ilə hərəkət edirmiş, sürücüsü 1977-ci il təvəllüdlü Cumalı Qaraoğlan Həmid oğlu Türkiyə vətəndaşıdır. Onun yüngül xəsarət aldığı deyilir. Digər yaralı isə “KamAZ”da olub.