Bu gün autizm .az saytının yenidən bərpasının təqdimat mərasimi keçirildi – FOTO

0

Bu gün Azərbaycanda autizm sahəsində yaradılmış ilk sayt autizm .az saytının yenidən bərpasının təqdimatı mərasimi keçirildi.

Tədbir Azərbaycan Dövlət Himni ilə açıldı. 10 dekabr Ulu öndərin anım gününə təsadüf etdiyindən, Vətən uğrunda canını qurban vermiş Şəhidlərimizin və helikopter qəzasında həlak olan, on dörd igid zabitimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirin giriş hissəsində Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri tədbirdə iştirak edən qonaqları təqdim etdi.

Tədbirdə Beynəlxalq Əlillər Cəmiyyətinin sədri ,Əlillər Dünyası qəzetinin Baş redaktoru,Turan Dünyasi İctimai Birliyinin sədri Tahir Xudiyev, Azərbaycanda ilk Uşaq təşkilatının rəhbəri saysız kimsəsiz uşaqlara sahib duran, onlara təhsil verən, təmənnasız olaraq maddi və mənəvi yardımlar edən Gülər xanım Əhmədova, mətbuat nümayəndələri və qonaqlar iştirak edirdi.

Söz ilk olaraq Tahir Xudiyevə verildi və o 2008-ci ildə dəfə Beynəlxalq səviyyədə ilk autizm konfransı keçirməyindən,autizmi gündəmə gətirməyindən danışdı.

Daha sonra, Gülər Əhmədova öz çıxışında autizmin psixoloji problem olmağından və onun həlli yollarının mümkünlüyünü açıqladı.

Mərkəzin mütəxəssisi pedaqoq-psixoloq Samirə Mustafayeva öz şıxışında saytı tədbir iştirakçılarına təqdim etdi.

Təqdimatdan sonra, tədbir iştirakçıları öz ürək sözlərini, təbriklərini bildirdilər və sonda xatirə şəkilləri çəkildi.

Autizm Mətbuat Xidməti

Sayt

Leave A Reply

Your email address will not be published.

Tərcümə »