2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan Gürcüstana 113,1 milyon ABŞ dolları həcmində neft və neft məhsulları ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə (50,9 milyon dollar) 122 faiz çoxdur.
İctimairey.az xəbər verir ki, bu barədə bu gün, dekabrın 10-da Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.
2021-ci ilin hesabat dövründə Azərbaycandan Gürcüstana ixrac olunan məhsulların həcmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə (167 129 ton) 22,1% artaraq, 204 179 tona çatıb.
Beləliklə, Azərbaycan 2021-ci ilin yanvar-oktyabr aylarında Gürcüstana əsas neft və neft məhsullarının ixracatçıları arasında 152,9 milyon dollar dəyərində 250 310 ton ixracla Türkmənistandan sonra, ikinci yerə yüksəlib.
Rusiya Gürcüstana 104,5 milyon dollar dəyərində 180 636 həcmində neft və neft emalı məhsulları ixrac edən ən böyük ixracatçılar arasında üçüncü yeri tutur.