Ermənistan Silahlı Qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər hissəsində növbəti təxribat törədib.
İctimairey.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, dekabrın 9-da saat 15:00 radələrində Ermənistanın hərbi birləşmələri Basarkeçəyar rayonu istiqamətində döyüş mövqelərindən Azərbaycan ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atəşə tutub.
Bu istiqamətdə dislokasiya olunmuş Azərbaycan ordusunun bölmələri müvafiq tədbirlər həyata keçirib.
Əməliyyat şəraitinə Azərbaycan Silahlı Qüvvələrinin bölmələri nəzarət edir.