İran prezidentinin Türkiyə ilə bağlı bəyanatı

0

İran prezidenti İbrahim Rəisi prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığında “Tehranda tezliklə ortaq zirvə toplantısının keçirilməsi ilə Türkiyə ilə əməkdaşlığımız yeni mərhələyə qədəm qoyacaq” deyib.

İctimairey.az xəbər verir ki, İran Prezident Aparatından verilən açıqlamada, İran prezidenti İbrahim Rəisi ilə prezident Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olduğu bildirilib.

Açıqlamaya görə, Rəisi görüşdə iki ölkə arasında əməkdaşlıqda yeni mərhələyə qədəm qoyacağını bildirib. Tezliklə Tehranda birgə sammitin keçirilməsi ilə, Türkiyə ilə əməkdaşlığımız yeni mərhələyə qədəm qoyacaq”, – Rəisi bildirib.

Türkiyə və İranın terrorla mübarizədə birgə hərəkətinin əhəmiyyətinə toxunan Rəisi, “Terrorla mübarizədə ortaq hərəkət etmək istəyirik. Biz bütün ölkələrin bu istiqamətdə əməkdaşlığından məmnun olardıq”, – deyə o bildirib.

Reisi regional problemlərin bölgə ölkələri tərəfindən həll edilməli olduğunu və kənardan hər hansı müdaxilənin qəbuledilməz olduğunu vurğulayıb.

Prezident Ərdoğan isə, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, Tehrana səfəri zamanı Türkiyə və İran münasibətlərində yeni səhifə açılacağını bildirib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »