ŞOK AÇIQLAMA – Məhbusların intim istəkləri təmin oluna bilər???
Məhkumlara cəzaçəkmə müəssisəsinin ərazisində dörd saatadək qısamüddətli və bir gündən üç günədək uzunmüddətli görüşlər verilir. Qısamüddətli görüşlər qohumlarla və başqa şəxslərlə cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı ilə verilir. Məhkumlara uzunmüddətli görüşlər birlikdə yaşamaq hüququ ilə yaxın qohumlarla (arvadı, əri, valideynləri, babası, nənəsi, övladları, övladlığa götürənləri və götürdükləri, nəvələri, qardaşları və bacıları) verilir.
Mövzu ilə bağlı sualları cavablandıran vəkil Asif Abdullayev bildirib ki, məhkumların görüşü və digər hallar Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində öz əksini tapıb. Məcəllənin 81 –ci maddəsində məhkumların qohumları, vəkilləri və digər şəxslərlə görüşündən bəhs olunur.
“ Məhkumlara cəzaçəkmə müəssisəsinin ərazisində dörd saatadək qısamüddətli və bir gündən üç günədək uzunmüddətli görüşlər verilir. Qısamüddətli görüşlər qohumlarla və başqa şəxslərlə cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı ilə verilir. Məhkumlara uzunmüddətli görüşlər birlikdə yaşamaq hüququ ilə yaxın qohumlarla (arvadı, əri, valideynləri, babası, nənəsi, övladları, övladlığa götürənləri və götürdükləri, nəvələri, qardaşları və bacıları) verilir. Məhkumların xahişi ilə uzun müddətli görüşlər qısa müddətli görüşlərlə əvəz edilə bilər. Həmçinin məhkumlara müsbət təsir göstərə biləcək digər şəxslərlə görüş üçün cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən şərait yaradılır.”
Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respubliksının Qaununda qeyd olunur ki, həbs edilmiş şəxslər Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş müddətlərdə istintaq təcridxanalarında saxlanılırlar. Tutulmuş və ya həbs edilmiş şəxslərin əsas hüquqlarından biri də Daxili intizam qaydalarının tələbləri nəzərə alınmaqla nikah bağlamaq və nikahı pozmaq, habelə digər ailə-hüquq münasibətlərində iştirak etməkdir.
Həbs edilmiş şəxs yaxın qohumları və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslər ilə ayda dörd dəfə 4 saatadək müddətə ləyaqətli şəraitdə və nəzarət altında görüşmək hüququna malikdir. Həbs edilmiş şəxs görüşlər zamanı Daxili intizam qaydalarını pozduqda görüşlər vaxtından əvvəl dayandırıla bilər və bu halda həmin fakt protokollaşdırılmalıdır.
Mövzu ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsi ətraflı məlumat verib.
Cəzaçəkmə müəssələrində qanunla nəzərdə tutulmuş qaydada məhbuslar ən yaxın qohumları və onlar üçün maraq doğuran şəxslərlə qısa və uzun müddətli görüşlər nəzərdə tutulur. Bildiyimiz kimi cəzaçəkmə müəssələri müxtəlif rejimlidir. Ümumi, ciddi və xüsusi rejimli.Ümumi rejimli cəzaçəkmə müəssələri də iki növdədir. Az ağır cinayət törətmiş şəxslər və ağır cinayət törətmiş şəxslər üçün.Eyni zamanda bizdə həbsxanalar var. Orada cəza çəkən hər bir şəxsin qısa və uzun müddətli görüş hüququ var. Rejimdən asılı olaraq bu görüşlərin müddəti də fərqlidir.”
Məhkumların intim görüşü zamanı hər hansı bir tələb varmı? Bu necə həyata keçirilir?
Əgər məhkumun arvadı, yaxud əri görüşə gəlirsə, nikah haqqında şəhadətnaməni təqdim etməlidir. Həmin nikah haqqında şəhadətnamə əsasında görüşə icazə verilir. Qanunla görüşün müddəti 3 günə qədər nəzərdə tutulub. Bunun üçün onlara görüşmək üçün xüsusi əşyalarla, şəraitlə təmin olunmuş otaq ayrılır. Həmin otaqda yataq dəsti, soyuducu,mətbəx mebeli və digər zəruri əşyalar nəzərdə tutulub.
Bəs, sevgililərin həbsxanada görüşməsinə icazə verilirmi?
Şöbə rəisi buna həbsxanalarda icazə verilmədiyini bildirib.
Homoseksualların cəzaçəkmə müəssələrində cinsi tələblərini yerinə yetirmək üçün əlavə şərait varmı sualına Mehman Sadıqov belə cavab verib:
“Qanunvericilikdə nəzərdə tutulduğu kimi kişilər onlar üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssələrində, qadınlar da onlar üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssəsində cəzalarını çəkir.Sizin qeyd etdiyiniz suala cavab olaraq bildirim ki, homoseksualların şəxsi istəkləri üçün qanunda əlavə hal nəzərdə tutulmayıb. Onlar həmcinsləri ilə eyni cəzaçəkmə müəssələrində cəzalarını çəkirlər.”