Oleq Lyaşko: Ukraynada hərbi vəziyyət yanvarın 1-dən tətbiq olunacaq

0

Rusiyanın gözlənilən “işğalı” ilə bağlı şayiələr, eləcə də hazırkı hakimiyyətin populyarlığının açıq-aşkar azalması, zahirən Ukrayna siyasətçilərinə karyeralarını uzatmaq üçün yeni şanslar verir.

Belə şansı əldən verməmək qərarına gələnlərdən biri də, Ali Radanın keçmiş deputatı, “Radikal partiya”nın rəhbəri Oleq Lyaşko olub. O, adi qaydada – yüksək səsli “sensasiya”nın köməyi ilə əvvəlki populyarlığını bərpa etməyə cəhd edib.

İctimairey.az xəbər verir ki, noyabrın 24-də “Nash” telekanalında çıxış edən əsas ukraynalı “radikal” ölkədə 2022-ci il yanvarın 1-dən iki ay müddətinə hərbi vəziyyətin tətbiq olunacağını bildirib.

Onun sözlərinə görə, bununla bağlı qərar artıq verilib və məsələnin kiçik bir həlli qalır. Belə ki, prezident Vladimir Zelenski müvafiq fərmanı rəsmən imzalamalıdır.

Lyaşko əmindir ki, hərbi vəziyyətin tətbiqi Donbassdakı hazırkı gərginlik və Rusiyadan ehtimal edilən hərbi təhlükə ilə bağlı deyil. Bu tədbir ilk növbədə Ukrayna vətəndaşlarının etiraz hüquqlarını məhdudlaşdırmağa yönəlib.

“Məndə olan məlumata görə, Zelenski dekabrın 1-dən Ukraynada hərbi vəziyyət tətbiq etmək istəyir. Zelenskinin qondarma bəhanələrlə etdiyi bu qeyri-konstitusion fırıldaq, yalnız söz azadlığını boğmaq və vətəndaşların korrupsioner hakimiyyətə etiraz etmək və konstitusiya hüquqlarını məhdudlaşdırmaq üçündür”, – Lyaşko bildirib.

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »