“Karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhülkə yaratma faktlarına görə 1 186 cinayət işi üzrə 605 nəfər məsuliyyətə cəlb olunub”.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirilib.
O qeyd edib ki, ötən ilin mart ayından bu günə qədər həmin cinayət işləri üzrə məhkəmələr tərəfindən 45 nəfər barəsində həbs, 58 nəfər barəsində polisin nəzarəti altına vermə, qalan 502 nəfər barəsində digər qətimkan tədbirləri seçilib.