AŞQABAD ZİRVƏSİ

0

Bu il noyabr ayının 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində   İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı keçirilmişdir. Sammit zamanı Prezident İlham Əliyevin çıxış etmişdir. 

Azərbaycan 1993-cü ildən İƏT-in fəal üzvüdür. İƏT-ə üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Azərbaycanda yerləşəcək İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin səmərəli fəaliyyətinin təmin edilməsi üçün lazımi dəstək veriləcəkdir.

Azərbaycan Prezidenti öz çıxışında Sammit iştirakçılarının nəzərinə çatdırmışdır ki, son 18 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Aparılan islahatlar nəticəsində ölkədə münbit sərmayə iqlimi yaradılmışdır. Belə ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yeri tutur. 18 ildə Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə qoyilmuşdur ki, bunun da yarısı xarici investisiyadır.

Ölkəmizin strateji valyuta ehtiyatları xarici dövlət borclarından 6 dəfə çoxdur. Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun 17,3 faizini təşkil edir və 2030-cu ilin sonuna qədər bu rəqəmin 10 faizə enməsi planlaşdırılmışdır. Son 18 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enmişdir.

Ümumiyyətlə ölkəmizin iqtisadi sahədə əldə etdiyi nailiyyətlər beynəlxalq qurumlar tərəfindən yüksək dəyərləndilmişdir. Davos Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir. Bu bizim ölkənin böyük uğuru kimi qiymətləndirilir.

Ölkəmizdə peyvəndlənmə kampaniyası cari ilin yanvar ayının ortalarından start götürmüşdür. Yetkin əhalinin 60 faizdən çoxuna iki doza peyvənd vurulmuşdur. Bu günə qədər ölkədə COVID-dən əziyyət çəkmiş insanlara və biznes subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edilmişdir. 2022-ci ildə həmin məqsədlərə dövlət büdcəsindən daha 1,6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyinin ayrılması nəzərdə tutulmuşdur.

Azərbaycan pandemiya ilə mübarizə sahəsində qlobal səylərin səfərbər edilməsi üçün mühüm addımlar ataraq “peyvənd millətçiliyi”nin qəti şəkildə əleyhinə olduğunu vurğulamışdır. Cari ildə Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul olunması təşəbbüsü ilə çıxış edib və onların qəbul olunmasına nail olub. Bundan əlavə, dövlətimiz koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardım etmişdir.

44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ermənistanı məğlub edərək, 30 illik işğala son qoymuş və 2020-ci il noyabr ayının 10-da onu kapitulyasiya aktını imzalamağa məcbur etmişdir. Azərbaycan tarixdə ilk dəfə olaraq, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasını özü təmin etmişdir.

Işğal müddətində ərazilərimiz rəsmi İrəvan tərəfindən vandalizmə məruz qalmış,  bütün şəhər və kəndlər, o cümlədən mədəni və dini irs abidələr yerlə-yeksan edilmişdir. Bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində Ermənistan məscidləri dağıtmış və təhqir etmiş, o cümlədən onlardan donuz və inək tövləsi kimi istifadə etmişdir. İşğal dövründə həmin ərazilərdə 67 məsciddən 65-i tamamilə dağıdılmış, digər iki məscidə isə ciddi zərər dəymişdir. Qəbiristanlıqlar da dağıdılarraq vandalizmə məruz qalmışdır.

Müharibə qurtaran kimi Azərbaycan işğaldan azad olmuş ərazilərdə bərpa işlərinə başlamışdır. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salmağa start vermişdir. Bu il bu məqsədlərə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılmışdır. 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaqdır. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilmişdir. Aparılmış ilkin hesablamalar nəticəsində azad olunmuş ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir.

Artıq Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcəkdir. Eyni zamanda, İƏT-ə üzv ölkələr də bu dəhlizdən istifadə edəcək və böyük iqtisadi nəticələr əldə edəcəklər.

Abbaslı Mətin

Bakı Biznes və Kooperasiya Kolleci

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »