Tramp İranı Venesuela ilə müqayisə etdi: Onda da biz tələsmədik…

Tehran nüvə proqramı ilə bağlı razılıq əldə etməyə can atır, lakin ABŞ razılığa gəlməyə tələsmir.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib:

“İranla bağlı çox yaxşı danışıqlar apardıq. Görünür, İran razılığa gəlməyə çox can atır. Bu razılaşmanın nə olduğunu görməliyik. Keçən dəfə bunu etməmək qərarına gəldilər. Amma bu dəfə fərqli bir şey etməyə meylli ola bilərlər. Bizim çox vaxtımız var. Xatırlayırsınızsa, Venesueal ilə bağlı da bir müddət gözlədik. Və biz İranla bağlı da tələsmirik. Bizim bu istiqamətdə hərəkət edən böyük bir armadamız, böyük bir donanmamız var. O, tezliklə orada olacaq”.

Mümkün razılaşmaların şərtləri barədə danışan ABŞ prezidenti qeyd edib: “Hər şeydən əvvəl bir məsələ aydındır: İranda nüvə silahının olmaması. İki il əvvəl belə bir razılaşma əldə edə bilsəydik, edərdik, amma onlar bunu etmək istəmirdilər. İndi edirlər. Onlar bir il yarım, hətta bir il əvvəl edə biləcəklərindən daha çox şey etməyə hazırdırlar”.

Comments are closed.

Tərcümə »