Ərdoğandan SON DƏQİQƏ sülh açıqlaması: Gələn ilin əvvəlində…

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Ermənistanın sülh müqaviləsi imzalamağa yaxın olduqlarını bildirib.

Musavat.com xəbər verir ki, bu barədə o, 16-cı Səfirlər Konfransında deyib.

Türkiyə prezidenti qeyd edib ki, “Biz Azərbaycanla dialoq aparırıq və eyni zamanda Ermənistanla münasibətlərin normallaşdırılması prosesini irəlilədirik”.

O həmçinin əlavə edib ki, gələn ilin əvvəlindən bu istiqamətdə bir neçə simvolik addımın atılması planlaşdırılır.

Comments are closed.

Tərcümə »