Azərbaycanda süni yağış texnologiyası ilə bağlı pilot layihə icra ediləcək

2025-2027-ci illərdə Azərbaycansa süni yağış texnologiyasının inkişafı ilə bağlı üç mərhələdə tədqiqatlar aparılacaq.

Bu barədə Bakı Su Həftəsi çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Məlumata görə, 2025-ci il ərzində süni yağış texnologiyasının texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması nəzərdə tutulub. 2026-cı ildə müvafiq sahədə pilot layihə keçirilərək, ərazilər müəyyənləşdiriləcək. 2027-ci ildə isə süni yağış texnologiyası ilə bağlı 1 pilot layihə icra ediləcək.

Comments are closed.

Tərcümə »