Tacikistan Milli Minatəmizləmə Mərkəzi Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Göygöl Regional Təlim Mərkəzində ANAMA əməkdaşlarına mürəkkəb relyefli ərazilərdə minatəmizləmə əməliyyatları üzrə 12 gün nəzəri və praktiki təlimlər keçib.
İctimai Rəy xəbər verir ki, barədə ANAMA məlumat yayıb.
Bildirilib ki, təlimlər Agentlik ilə meşə və dağlıq ərazilərdə minatəmizləmə fəaliyyətində təcrübəyə malik Tacikistan Milli Minatəmizləmə Mərkəzi arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq baş tutub.
Məlumata əsasən, təlimlərin məqsədi ANAMA əməkdaşlarının meşə və dağlıq ərazilərdə, o cümlədən mürəkkəb relyefli bölgələrdə minatəmizləmə əməliyyatları üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.
Comments are closed.