Kremlin yaydığı məlumata görə, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
Musavat.com xəbər verir ki, söhbət zamanı 8 avqustda ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Ağ Evdə keçirilən və Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi Vaşinqton görüşü müzakirə olunub.
Tərəflər həmçinin ikitərəfli münasibətlər və regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Comments are closed.