Tramp Ukraynaya silah tədarükünün dayandırılması ilə bağlı məsuliyyəti rədd edib

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp cümə günü Ukrayna Prezidenti Volodimir Zelenskiyə bildirib ki, Ukraynaya silah tədarükünün dayandırılması qərarına görə məsuliyyət daşımır və bu qərar onun tərəfindən qəbul edilməyib.

Tramp həmçinin silah tədarükünün yenidən bərpa oluna biləcəyinə işarə edib.

Prezident izah edib ki, İranla bağlı hücumlar baş verdikdən sonra Pentaqona ABŞ-ın silah ehtiyatlarının vəziyyətinin yoxlanılması tapşırılıb, lakin Ukraynaya silah göndərilməsini dayandırmaq əmri verməyib.

Comments are closed.

Tərcümə »