TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bəyan edib ki, onun müsahibə aldığı ölkə başçıları arasında yalnız ikisinin öz xalqını xilas etməsi barədə deməyə mənəvi haqqı çatıb ki, bunlardan biri də Heydər Əliyevdir.
“Report”un məlumatına görə, Bakıda “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfransın panel sessiyasında çıxış edən M.Qusman qeyd edib ki, indiyə qədər 500-dən çox dövlət və hökumət başçıları ilə müsahibələri olub:
“Mənim 500-dən çox dövlət və hökumət başçısı ilə müsahibələrim olub. Ancaq həmin müsahiblərdən yalnız ikisinin mənəvi haqqı çatırdı ki, özü barəsində desin: mən öz xalqımı xilas etmişəm. Onlardan biri Heydər Əliyev idi”.
Comments are closed.