Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, İranın ali liderinin mümkün şəkildə öldürülməsi Rusiyanın son dərəcə mənfi reaksiyasına səbəb olar.
Musavat.com xəbər verir ki, bu barədə Peskov Sky News-a müsahibəsində danışıb.
O vurğulayıb ki, Birləşmiş Ştatların İsrail-İran münaqişəsinə müdaxiləsi bölgədə ekstremizmin güclənməsinə gətirib çıxara bilər: “Bu, ekstremistləri daha da ruhlandıracaq və sanki ‘Pandoranın qutusu’nu açacaq”, – deyə Peskov əlavə edib.
Peskovun sözlərinə görə, Rusiya Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinin əleyhinədir və diplomatik yollarla həllin tərəfdarıdır.
Comments are closed.