ABŞ senatoru Bob Menendez ABŞ Dövlət Departamenti və ABŞ Müdafiə Nazirliyindən 2018-ci ildən sonra Türkiyədə hazırlanmış PUA-ların hücumda ABŞ texnologiyası və hissələrinin istifadəsi ilə bağlı hesabat hazırlamağı tələb edib.
Amerika Erməni Milli Komitəsinin Twitter mikrobloqunda verdiyi məlumata görə, Menendez qeyd edib ki, Azərbaycan 2020-ci ildə Dağlıq Qarabağa qarşı müharibədə Türkiyənin Bayraktar pilotsuz uçuş aparatlarından istifadə edib.
Menendez həmçinin ABŞ prezidentini ABŞ-ın Azərbaycana yardımı ilə bağlı 907-ci maddə üzrə məhdudiyyətləri müvəqqəti olaraq təxirə salmaq hüququndan məhrum edən düzəliş təqdim edib. Joe Biden administrasiyası bu bəndin dayandırılmasını uzadıb. Nəticədə ABŞ-ın Azərbaycana birbaşa yardımına icazə verilib.
Bundan əvvəl RUSARMİNFO xəbər vermişdi ki, Amerika Erməni Assambleyası ABŞ Senat Komitəsinin 2022-ci maliyyə ili üçün Dağlıq Qarabağa yardım üçün 2 milyon dollar ayrılmasını tövsiyə edən təxsisat qanun layihəsini dərc edib.
İctimairey.az