Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turunda müstəqil avropayönümlü namizəd, paytaxt Buxarestin meri Nikuşor Dan səslərin 54,17 faizini toplayaraq qələbə çalıb.
Onun rəqibi, Rumınların Birləşməsi Alyansının lideri George Simion isə 45,83 faiz səs toplayıb.
Bu nəticələr bülletenlərin 98,56%-i hesablandıqdan sonra Daimi Seçki Administrasiyasının saytında dərc edilib.
Beləliklə Rumıniya mediası Danı seçkinin qalibi elan edib, 850 000 səsin sayılması qalıb və namizədlər arasındakı mövcud fərq 898 000 səsdir.**APA
Comments are closed.