Böyük Britaniyada əcnəbilərin yerləşdirilməsi ilə məşğul olan “Clearsprings Ready Homes” şirkətini qurucusu sahibkar Qrem Kinq milyarder olub.
Məqalədə deyilir: “Britaniyada sığınacaq istəyənlər üçün hotellər təşkil edən Kinq milyarderə çevrilib. Son bir ildə 58 yaşlı iş adamının sərvəti 35 faiz artıb”.
Böyük Britaniya Milli Audit İdarəsinin məlumatına görə, bir miqrantın hoteldə qalması bir gecə üçün 145 funt-sterlinqə (təxminən 330 manat – red.) başa gəlir.
Ümumilikdə hotellərdə 38 mindən çox əcnəbi qalır və onların gündəlik xərcləri təxminən 5 milyon 500 min funt-sterlinq (təxminən 12 milyon 500 min manat – red.) təşkil edir.
Bütün bunlar Q.Kinqlə müqaviləsi olan ölkə hökuməti tərəfindən ödənilir.//Oxu.Az
Comments are closed.