Siyahıda 14 nəfərin adı var. Onlar müstəqil müəlliflər kimi Sputnik və Baltnews portalları üçün materiallar hazırlayırdılar.
İctimairey.az xəbər verir ki, Latviyanın Dövlət Təhlükəsizlik Xidməti ötən qışda jurnalistlərə qarşı cinayət mühakiməsinə başlayıb. İndi işin materialları prokurorluğa verilib və müttəhimlər cinayətlə bağlı rəsmi göstərişlər almağa başlayıblar.
Araşdırmaya görə, media nümayəndələri AŞ-ın sanksiyalarını pozublar. Onların “AŞ-ın informasiya məkanında, Rusiyanın milli maraqlarının gücləndirilməsinə” xidmət etdiyi iddia edilir.
Jurnalistləri 4 ilə qədər həbs və ya ağır cərimələr gözləyir. Latviya Dövlət Təhlükəsizlik Xidməti onların evlərində axtarış aparıb, elektron daşıyıcıları və bank kartlarını müsadirə edib.
Rusiya Xarici İşlər Nazirliyi bu cür hərəkətləri cəza tədbiri və media azadlığının pozulmasının bariz nümunəsi adlandırıb.
Moskva bu vəziyyəti diqqətdən kənarda qoymayacağına söz verib.
İctimairey.az