SON DƏQİQƏ: Fransada dövlət çevrilişinə cəhd

0

Çevriliş oktyabrın sonlarında peyvənd mərkəzlərinə hücumların təşkilində şübhəli bilinərək saxlanılan, Demokratik Hərəkat Partiyasının keçmiş deputatı Remi Daye və onun tərəfdarları tərəfindən həyata keçirilməsi planlaşdırılıb.

İctimairey.az xəbər verir ki, bu barədə ölkənin Daxili Təhlükəsizlik Baş İdarəsi “Le Parisien” qəzetində məlumat yayıb.

Dayenin əlaqələrini araşdıran müstəntiqlər, onun ölkə daxilində geniş filial şəbəkəsinə malik “terror icması” yaratmağa müvəffəq olduğunu aşkar ediblər. Bu icmaya çoxlu sayda fəal və təqaüddə olan polis, jandarma və hərbçilər daxil imiş. Onların bəziləri xaricdə yaşayır. Qəzet hərəkatın hərbi şöbəsinin qurucusu və kuratoru kimi Fransaya xidmətlərinə görə ordeninin sahibi, 63 yaşlı istefada olan polkovnik-leytenant Kristof M.-nin adını çəkir.

Yazışmaların təhlili nəticəsində, hər biri öz bölgəsinə cavabdeh olan ən azı 36 “kapitan” müəyyən edilib.

Hazırda cinayət işi üzrə, 12 nəfər sui-qəsdçiyə qarşı ittiham irəli sürülüb. Eyni zamanda, bir sıra faktlar Dayenin digər hərəkatlarla, o cümlədən Elzasdakı mason lojasına hücum planlaşdıran neonasistlərlə əlaqəsini ortaya çıxarıb. Bu ilin may ayında bu işlə bağlı üç məhbusa qarşı ittiham irəli sürülüb.

Həlledici gündə, Daye və tərəfdarlarının Parisdə həmfikir insanlardan ibarət qoşun toplamaq, onları polis qalxanları və əldəqayırma partlayıcılarla təchiz edərək, hərəkətə keçməyi planlaşdırdığı məlum olub. Ehtimal edilir ki, bir sıra təxribatlardan sonra, polis silahdan istifadə edəcək, bundan sonra sui-qəsdçilər qan tökə biləcəklər.

Təşkilatın dediyi kimi, “Lazur” əməliyyatının ikinci mərhələsində sui-qəsdçilər Yelisey Sarayını, Parlamenti, Daxili İşlər və Silahlı Qüvvələr nazirliklərinin binalarını, eləcə də yayımlamaq üçün, radio stansiyası və telekanallardan birini ələ keçirmək niyyətində olublar.

Öz növbəsində Rayenin vəkili Remnin sözlərinə görə, eks-deputatın yalnız ifadə azadlığının həyata keçirilməsi çərçivəsində “mövcud siyasi sistemin dinc və xalq tərəfindən devrilməsinə” çağırdığını bildirib.
Qeyd edək ki, bundan əvvəl, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, əfqan qaçqınları qiyafəsində olan terrorçular, artıq Əfqanıstana bitişik ölkələrdə aktiv fəaliyyətə başlayıb.

Esmira ŞÜKÜROVA

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »