ABŞ Ukraynaya silah tədarükünü yenidən başladıb. Musavat.com Reuters xəbər agentliyinə istinadla xəbər verir ki, Vaşinqton artıq silah və sursat göndərilməsinə qərar verib.
Bununla belə, ABŞ administrasiyasında silah tədarükünün miqyası ilə bağlı mübahisələrin davam etdiyi bildirilir. Rəsmi Vaşinqton Ukraynaya yardımı davam etdirmək məsələsində müxtəlif mövqelər sərgiləyir.
Qeyd edək ki, ABŞ daha əvvəl Konqresdəki siyasi çəkişmələr səbəbindən Ukraynaya silah tədarükünü müvəqqəti dayandırmışdı.
Comments are closed.