Ankarada Türkiyə, Azərbaycan və Özbəkistan arasında ikinci üçtərəfli görüşün nəticələrinə dair mətbuat konfransı keçirilir.
Musavat.com-un Türkiyə mətbuatına istinadən xəbərinə görə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, görüş çərçivəsində Türkiyə, Azərbaycan və Özbəkistan arasında Ankara Bəyannaməsi imzalanıb.
Nazir 3 ölkə arasında əməkdaşlığa dair Yol Xəritəsinin də müəyyənləşdiyini vurğulayıb.
Comments are closed.