Bakıda 2026-cı ildə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) üzv ölkələrinin Dövlət və Hökumət Başçıları Şurasının iclasının keçirilməsi planlaşdırılır.
Bu barədə “Report”a müsahibəsində AQEM-in Baş katibi Kayrat Sarıbay bildirib.
Onun sözlərinə görə, iclas Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində keçiriləcək.
Baş katib əlavə edib ki, 2025-ci ildə Bakıda AQEM Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbədənkənar iclası keçiriləcək.
“Bakıya budəfəki səfərimiz zamanı Azərbaycan tərəfi ilə 2026-cı ildə keçiriləcək sammitə və 2025-ci ildə baş tutacaq AQEM Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbədənkənar iclasına hazırlıq və Azərbaycanın prioritetlərinin səmərəli şəkildə həyata keçirilməsi üçün AQEM-in bütün rəhbər və məşvərət orqanlarının və Katibliyinin işinin ətraflı planlaşdırılması ilə bağlı çoxsaylı görüşlər keçirilib”, – o bildirib.
Comments are closed.