Azərbaycan atleti Yekaterina Sarıyeva Almaniyada keçiriləcək XXVI beynəlxalq qış yarışında iştirak edəcək.
İctimai Rəy xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Yanvarın 25-də Xemnitz şəhərində gerçəkləşəcək yarışda idmançı Azərbaycanı üçtəkanla tullanma növü üzrə təmsil edəcək.
Qeyd edək ki, Dünya Atletikasının təşkil etdiyi turnir “challenger” səviyyəlidir.
Comments are closed.