Fernando Muslera “Qalatasaray” rəsmiləri ilə görüşərək oyunlara çıxmaq istəmədiyini bildirib.
Buna səbəb komandanın kapitanının “Dinamo Kiyev”lə görüşdən sonra onun azarkeşlərin tənqidinə tuş gəlməsi olub.
Qapıçı “Qalatasaray”dakı karyerasını bitirmək istədiyini və növbəti qarşılaşmalarda oynamayacağını deyib.
“Çox pis oldum, amma məğlubiyyətin səbəbkarı mənəmsə, getməyə razıyam. 14 ildir bu komandanın uğurları üçün əlimdən gələn hər şeyi etmişəm, 2-3 oyunda bu qədər əziyyət itirilirsə, bundan sonra yoxam”.
Xatırladaq ki, “Qalatasaray” UEFA Avropa Liqasının VII turu çərçivəsində doğma meydanda Kiyev “Dinamo”su ilə oyunda öndə olmasına baxmayaraq, hesabı qoruya bilməyib. Matç 3:3 hesablı heç-heçə ilə başa çatıb.\\milli.az\\
Comments are closed.