Sosial şəbəkədə hesab açıb narkotik daşınması üçün kuryerlik təklif edir… Maraqlananlar da az deyil…
İctimai Rəy xəbər verir ki, “Xəzər Xəbər”in əməkdaşı özümünü iş axtaran kimi təqdim edib narkotacirlə əlaqə saxlayıb. Deyir ki, onu görmək mümkün deyil. əməkdaşlıq yalnız telefon vasitəsilə aparılır. Ödəniş isə kartla olur.
Daxili İşlər Nazirliyindən bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılır.
Elbrus İbrahimov onu da bildirdi ki, belə şəxslər məsuliyyətə cəlb edilirlər.
Qeyd edək ki, narkotik vasitə və psixotrop maddəni satanlarla yanaşı, bu vasitələri təbliğ edənləri də həbs cəzası gözləyir.
Comments are closed.