İranın Ali məhkəməsi Azərbaycan Tehrandakı səfirliyinə terror hücumu etmiş Yasin Hüseynzadə barəsində çıxarılan edam hökmünü təsdiqləyib.
Musavat.com xəbər verir ki, bu barədə İSNA məlumat yayıb.
Qeyd edilib ki, İran məhkəmə sisteminin sözçüsü Əsgər Cahangiri mətbuat konfransında bu barədə bildirib.
Xəbərə görə, hökm icra üçün Tehran məhkəməsinə göndərilib.
Müttəhimin valideynləri onunla görüşə gələndən sonra hökmün icra olunacağı qeyd edilib.
Comments are closed.