Qazaxıstan Almatıda torpaq sahəsini 49 il müddətinə ABŞ hökumətinə icarəyə verəcək.
“Report” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, müvafiq qanun layihəsi Qazaxıstan Məclisinin deputatları tərəfindən baxılmağa qəbul edilib.
Saziş 2024-cü il sentyabrın 27-də Nyu-Yorkda imzalanıb, lakin qüvvəyə minməsi üçün Qazaxıstan və Birləşmiş Ştatların qanunverici orqanları tərəfindən ratifikasiya edilməlidir.
ABŞ icarəyə götürülən 70 min kvadratmetr sahədə konsulluq binasının inşasını planlaşdırır.
Comments are closed.