Şuşa, Xocalı şəhərlərinə və Ballıca kəndinə növbəti köç yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Şuşa, Xocalı şəhərlərinə və Ballıca kəndinə növbəti köç yola salınıb.

“Report”un Qarabağ Bürosunun verdiyi xəbərə görə, bu gün ümumilikdə 28 ailə (135 nəfər) öz ata – baba yurdlarına qayıdır.

Qeyd edək ki, Şuşa şəhərinə 2 ailə (8 nəfər) Xocalı şəhərinə 6 ailə (25 nəfər), Xocalının Ballıca kəndinə isə 20 ailə (102 nəfər) köçürülür.

Comments are closed.

Tərcümə »