“Kreml ideoloqu” adlandırılan rus filosof Aleksandr Dugin, Vladimir Putin və Donald Tramp arasında planlaşdırılan görüşlərin dərhal baş tutmayacağını və bu prosesin uzana biləcəyini vurğulayıb.
Bu barədə Musavat.com Rusiya mediasına istinadla yazır. Dugin əlavə edib ki, danışıqlar Ukrayna məsələsinə də həll gətirməyəcək.
O bildirib ki, görüş zamanı Putin, Trampa “Ukraynanın tarixi və mədəni baxımdan Rusiyanın ayrılmaz hissəsi olduğunu izah etməli olacaq”. Lakin bu proses zaman tələb edəcək və dərhal nəticələr əldə olunmayacaq.
Danışıqların başlama tarixi isə hələlik qeyri-müəyyən olaraq qalır.
Comments are closed.