İlham Əliyevin Donald Trampla uğurlu əməkdaşlıq və dostluq münasibətləri Azərbaycan-ABŞ əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə qalxmasına, strateji mahiyyət daşımasına zəmin yaradıb
Ötən gün ABŞ Prezidenti Donald Tramp ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında 40 dəqiqədən çox davam edən telefon danışığı, Co Baydenin İlham Əliyev ilə təmaslarından, təbrikləşmələrindən çox fərqlənir.
Düzdür, Bayden də hər il 28 May Respublika günündə, Novruz və ya Ramazan bayramlarında İlham Əliyevə məktub yazır, təbrik edirdi. Lakin onun təbrikləri süni, diplomatik protokol xarakteri daşıyırdı. O təbriklərin məzmununda, mahiyyətində heç bir səmimiyyət-flan olmurdu. Çünki qlobalist demokratların lideri olan Bayden qatı ermənipərəst idi və qondarma “erməni soyqırımı”nı tanıyan ilk ABŞ lideri kimi tarixə düşüb.
Tramp isə ABŞ-Azərbaycan münasibətlərinə “erməni pəncərəsi”ndən baxmır. O, praqmatik və rasional düşüncə sahibidir. Siyasətin gözünə ideoloji məsələləri qatmır. Tramp Azərbaycanın Cənubi Qafqazdakı lider mövqeyini qəbul edir və ABŞ-Azərbaycan münasibətlərini də ilk növbədə qarşılıqlı iqtisadi maraqlar üzərindən dəyərləndirir.
Baydendən və daha öncəki ABŞ liderlərindən fərqli olaraq, Tramp Ermənistan-Azərbaycan münaqişəsini ideoloji-geosiyasi müstəvidən uzaqlaşdırıb, TRIPP layihəsi üzərindən iqtisadi əməkdaşlıq formatına daşımağı bacaran və real sülhə yol açan prezident kimi tarixə düşdü.
İlham Əliyevin Donald Trampla uğurlu əməkdaşlıq və dostluq münasibətləri Azərbaycan-ABŞ əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə qalxmasına, strateji mahiyyət daşımasına zəmin yaradıb. Bu gün Azərbaycan-ABŞ münasibətləri Bayden dönəmindəkindən fərqli olaraq quru, formal xarakter daşımır.
Trampın Əliyevi G20-yə şəxsən dəvət etməsi də ABŞ-Azərbaycan münasibətlərinin real məzmun daşımasından xəbər verir və hazırda Ağ Evin ölkəmizə olan xoş münasibətinin təzahürü kimi qiymətləndirilir.
P.S. Baydenlər, blinkenlər, bob menendeslər ABŞ-Azərbaycan münasibətlərini qlobal erməniçilik maraqlarına qurban verən iblislər kimi yadda qalacaqlar.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.