Prezident İlham Əliyev Azərbaycanla Fransa arasında dövlətlərarası münasibətlərdə yeni dövrün başlandığını bəyan edib.
İctimai Rəy xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin fransalı həmkarı Emmanuel Makrona Fransanın Milli bayramı münasibətilə göndərdiyi təbrikdə deyib:
“Sizinlə son telefon danışıqlarımız və keçən il Kopenhagendə görüşümüz zamanı Azərbaycan-Fransa gündəliyində duran məsələlər, ikitərəfli əlaqələrimizin bugünkü vəziyyəti və gələcək perspektivlərinə dair apardığımız səmərəli müzakirələr dövlətlərarası münasibətlərimizin tarixində yeni dövrün başladığını söyləməyə əsas verir”.
Comments are closed.