Türkiyə yaxın gələcəkdə NATO blokunda həlledici qüvvəyə çevrilə bilər

“Bu gün dünyanın gözü yenidən Ankaraya dikilir. Qardaş Türkiyənin paytaxtında NATO-nun tarixi əhəmiyyətli Zirvə toplantısı işə başlayır. Ankara bu gün 36-cı NATO Dövlət və Hökumət Başçıları Sammitinə ev sahibliyi edir.

32 üzv ölkənin liderlərinin (o cümlədən, ABŞ Prezidenti Donald Trampın da) qatılacağı və 100-ə yaxın nazir və yüksək səviyyəli diplomatların iştirak etdiyi Ankara sammiti NATO blokunun tarixində dönüş nöqtəsi hesab olunur”.

İctimai Rəy xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. Onun sözlərinə görə, çünki Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən və iki gün davam edəcək bu Zirvə görüşündə Alyans daxilində təhlükəsizlik yükünün ABŞ-dan Avropaya ötürülməsi start götürəcək və NATO-nun gələcək fəaliyyətində Türkiyənin rolu, önəmi artacaq:

“Başqa sözlə desək, yeni geosiyasi reallıqlar şəraitində NATO yenidən dizayn olunur, onun hərbi istehsal imkanları genişləndirilir, eləcə də Avropanın müdafiə xərcləri artırılır və Ukraynaya sıx dəstək davam etdirilir.

Nəticə etibarilə, Türkiyə yaxın gələcəkdə NATO blokunda həlledici qüvvəyə çevrilə bilər”.

Comments are closed.

Tərcümə »