Ukrayna Trampın mümkün sülh sazişinin uğursuzluğuna qarşı “B planı”nı hazırlayır.
Musavat.com xəbər verir ki, Ukrayna müdafiə sənayesini ciddi şəkildə inkişaf etdirib. Xüsusilə kamikadze zərbə dronlarının istehsalı kəskin artıb.
2022-ci ildə Ukrayna öz haubitsalarını istehsal etməsə də, indi hər ay 20 “Bogdan” haubitsası istehsal olunur. Həmçinin 155 mm-lik mərmilərin bir hissəsi də Ukraynada hazırlanır.
Bununla yanaşı Ukrayna ordusunun qarşılaşdığı əsas problem insan resurslarıdır.
Artıq yüz minlərlə insan hərbi xidmətə cəlb edilib. Yeni könüllüləri cəlb etmək üçün Ukrayna Müdafiə Nazirliyi maaşları iki dəfə artıraraq illik 42 min avroya çatdırıb.
Bu, daha əvvəl hərbi xidmətə çağırılanların qazancından təxminən iki dəfə çoxdur.
Comments are closed.