“Vaqner”in Baxmutda verdiyi itki açıqlandı – ŞOK RƏQƏMLƏR

0

Jurnalistlər Bахmut yaxınlığında həlak olan “Vaqner” Özəl Hərbi Şirkətinin (ÖHŞ) döyüşçülərinin sayını müəyyən ediblər.

Bахmut yaxınlığında döyüşlərdə “Vaqner”in 19,5 min döyüşçüsü həlak olub, onlardan 17,2 mini məhbus olub.

Bu məlumatları “Mediazona” və BBC-nin Rus xidməti təqdim edib.

BBC-nin hərbi ekspert Cek Uotlinq bildirib ki, İlk dəfə məhbusların cəlb olunması hərbi təcrübəsi olan məhkumları cəbhəyə gətirmək məqsədi daşıyıb: “Onlara qarşı münasibət digər döyüşçülərdən fərqlənmirdi. Lakin sonradan məhbuslar sərfiyyat materialı kimi qəbul edilməyə başlandı.”

KİV-in məlumatına görə, “Vaqner” 48 min məhbusla müqavilə bağlayıb. Onların praktiki olaraq hamısı Bахmut yaxınlığındakı döyüşlərdə iştirak ediblər.

Qeyd edilir ki, “Vaqner” ÖHŞ bütün fəaliyyəti müddətində həlak olan döyüşçülərə təxminən 108 milyard rubl (2 milyard 73 milyon AZN) ödəniş edib. Bu məbləğə maaşlar və yaralanmalara görə kompensasiyalar daxil deyil. Müqavilə bağlayan məhbusların yaxınları 92,5 milyard rubl (1,7 milyard AZN) alıblar. Adi müqavilə ilə işə götürülən döyüşçülərə 15,4 milyard (288 milyon AZN) rubl ödənilib.//baku.ws//

Leave A Reply

Your email address will not be published.

Tərcümə »