İcra başçısı onu özünə birinci müavin təyin etdi – FOTO

0

Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısına birinci müavin təyin edilib.

İctimai Rəy xəbər verir ki, manset.az-ın əldə eydiyi məlumata görə, icra başçısı Elxan Allahverdiyevin əmri ilə, Hacıbaba Babayev Adil oğlu başçının birinci müavini vəzifəsinə təyinat alıb.

O, bu təyinata qədər Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, bir müddət öncə Binəqədi Rayon İcra Hakimiyyəti başçısına birinci müavini Leysan Məmmədov Novruz oğlu qısa müddət çalışdıqdan sonra istefa vermişdi.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »