ABŞ-ın 2025-ci il büdcəsində Ermənistan üçün 52 milyon dollar nəzərdə tutulub

0

Amerika administrasiyası 2025-ci maliyyə ilində Ermənistanda “iqtisadiyyat və demokratiyanın davamlılığının gücləndirilməsi” proqramları üçün 52 milyon dollar ayırmağı nəzərdə tutur.

Bunu ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) rəhbərinin birinci müavini Paloma Adams-Allen brifinqdə jurnalistlərə deyib.

Ağ Ev bir neçə saat əvvəl 2025-ci maliyyə ili üçün federal büdcə layihəsini açıqlayıb və ABŞ Konqresinə göndərib. Sənədə görə, büdcənin ümumi xərcləri 7,266 trilyon dollar, gəlirləri isə 5,485 trilyon dollar təşkil edir. Büdcə kəsiri 1,781 trilyon dollar olmalıdır.

Nümayəndələr Palatasındakı Respublikaçı çoxluğun rəhbərliyi, demək olar ki, dərhal xəbərdarlıq edib ki, bu büdcə tələbini indiki formada qəbul etməyəcək. Respublikaçılar ABŞ prezidenti demokrat Co Baydeni nəzarətsiz xərcləmələr aparmaqda ittiham ediblər.
ABŞ-da növbəti maliyyə ili 1 oktyabr 2024-cü ildə başlayacaq və 30 sentyabr 2025-ci ildə başa çatacaq.\\musavat\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »