Deputatdan MARAQLI TƏKLİF: Ağdam stadionuna Qurban Qurbanovun adı verilsin

0

Ağdamda tikilən stadiona “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanovun adı verilsin.

İctimai Rəy xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa səsləndirib. Millət vəkili “Qarabağ” futbol klubunun dünənki qələbəsində Qurban Qurbanovun böyük xidmətlərinin olduğunu deyərək Ağdam stadionuna onun adının verilməsini məqsəduyğun sayıb. Millət vəkili digər ölkələrdə belə bir təcrübənin olduğunu deyib:

“Məsələn, Türkiyədə Fatih Terim, Şenol Günəş adına stadionlar var. Bizdə niyə olmasın?. Adam o boyda uğura imza atıb. Gedib dünya çempionu olası deyil ki?”.(Newscenter.az)

Leave A Reply

Your email address will not be published.

Tərcümə »