“Fənərbaxça”dan “Manchester United”-ə icarə təklifi

0

Türkiyənin “Fənərbaxça” futbol klubu məşhur futbolçu Antoni Marsialı icarəyə götürmək üçün “Mançester Yunayted”lə danışıqlar aparır.

İctimai Rəy xəbər verir ki, haber7.com Türkiyə klubuna istinadən bu barədə məlumat yayıb. Türkiyə klubunun futbolçu ilə maraqlanmasından sonra Marsialın bazar dəyərinin bir qədər də artdığı bildirilir.

Məlumat üçün qeyd edək ki, cari bazar dəyəri 15 milyon avro olan Marsial 2015-ci ildən bəri “Mançester Yunayted”in heyətində 317 matçda iştirak edib. Futbolçu 2021/2022 mövsümünün ikinci yarısında “Sevilya”ya icarəyə verilib. Fransalı hücumçu indiyə qədər 90 qol vurub və 55 məhsuldar ötürmə iedib. .

28 yaşlı futbolçu bu mövsüm “Mançester Yunayted”in heyətində isə 19 rəsmi matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.(newscenter.az)

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »