ERMƏNİSTAN KTMT-Nİ TƏRK EDƏCƏKMİ?

0

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq fikrində deyil, baxmayaraq ki, Ermənistan nümayəndələri təşkilatın iclaslarında iştirak etmirlər.

İctimai Rəy hraparak.am-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin müsahibəsində bildirib.

“Bu məsələdə biz Ermənistan rəhbərliyinin rəsmi bəyanatlarını rəhbər tuturuq, ona əsasən Ermənistan Respublikasının KTMT-dən çıxması məsələsi hazırda gündəmdə deyil. Məlum olduğu kimi, gələn il Ermənistan Respublikası Avrasiya İqtisadi İttifaqına sədrlik edəcək”, – diplomat bildirib.

Xatırladaq ki, Ermənistan son vaxtlar KTMT-nin iclaslarını boykot edir. Bundan əvvəl baş nazir Nikol Paşinyan təşkilatın Minskdə keçirilən sammitində iştirak etməyib.

İctimai Rəy

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »