Myanmada silahlı qrupların Çinə gedən sərhəd qapısını ələ keçirdiyi iddia edilib

0

Oktyabrın 27-də Myanmada ordu qüvvələrinə qarşı əməliyyatlarını davam etdirən silahlı qrupların Çinə gedən sərhəd qapısını ələ keçirdiyi iddia edilib.

İctimai Rəy “TRT HABER”ə istinadən xəbər verir ki, Myanma mətbuatında yer alan xəbərlərə görə, Shan əyalətinin Laukkaing qəsəbəsindəki Yan Lon Kyaing sərhəd qapısı “Üç Qardaşlar” ittifaqı adı altında Myanma Milli Demokratik İttifaq Ordusu(MNDAA), Buddist Arakan ordusu, Ta’ang Milli Azadlıq Ordusundan silahlı qrupların ələ keçirdyi 5-ci keçid nöqtəsi oldu.

Associated Press-ə danışan bölgə sakinləri, ordunun dəstəklədiyi milis qüvvələrinin dekabrın 18-də baş verən qarşıdurmalardan sonra silahı yerə qoyması nəticəsində MNDAA ünsürlərinin sözügedən sərhəd qapısına nəzarəti ələ keçirdiklərini iddia ediblər.

Digər tərəfdən Taanq Milli Azadlıq Ordusu vilayətin iki şəhərinin ələ keçirildiyini iddia edib.

Laukkaing şəhəri Çin kibercinayətkar təşkilatlarının yerli silahlı qruplarla ortaq şəkildə “onlayn fırıldaqçılıq” fəaliyyətləri həyata keçirdiyi ərazi kimi tanınır.

Myanmanın ən böyük etnik silahlı qruplarından biri olan Birləşmiş Wa Dövlət Ordusu (UWSA) sentyabrın 9-da ölkədə kiber fırıldaqçılıq törətdiyi iddia edilən 1207 çinlini vətənə qaytarıb.

Oktyabrın 27-də ordu qüvvələrinə qarşı silahlı aksiyalarını davam etdirən silahlı qruplar Myanma hərbi hakimiyyətinə qarşı müqavimətini genişləndirir.

“Üç Qardaş Alyansı” indiyədək ordu qüvvələrinin 200-dən çox hərbi məntəqəsini və 5 sərhəd qapısını ələ keçirdiyi halda, alyansa bağlı silahlı qruplar qarşıdurmalarda yüzlərlə Myanma əsgərinin öldürüldüyünü iddia edir.

Myanmadakı münaqişələr sərhəd ticarətinə təsir etsə də, Çin sərhəd bölgələrində atəşkəsə çağırıb.

İctimai Rəy

Leave A Reply

Your email address will not be published.

Tərcümə »